Vaxt.Az

Hər il 5,7 milyon insanı öldürür


 

Aşağı və orta gəlirli qruplara ağır zərbə vurur, iqtisadiyyata təsir edir

Hər il 5,7 milyon insanı öldürür Dünya Bankının yeni hesabatına görə, havanın çirklənməsi hər il təxminən 5,7 milyon insanın ölümünə səbəb olur. Üstəlik, bu ölümlərin 95 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir.

“Yaşaya bilən planetdə təmiz havaya çıxışın sürətləndirilməsi” başlıqlı hesabatda havanın çirklənməsinin təkcə sağlamlıq baxımından deyil, həm də iqtisadi baxımdan ciddi itkilərə səbəb olduğu vurğulanıb. Havanın çirklənməsi səbəbindən sağlamlıq problemləri, iş yerlərinin itirilməsi və gözlənilən ömür uzunluğunun azalması qlobal iqtisadiyyatda təxminən 5 faizinə bərabər xərc təşkil edir.

Hesabatda deyilir ki, düzgün siyasət həyata keçirilərsə, 2040-cı ilə qədər təhlükəli səviyyəli hava çirkliliyinə məruz qalan insanların sayı iki dəfə azala bilər. Ekspertlərin fikrincə, xüsusilə kənd təsərrüfatı, nəqliyyat, sənaye və şəhərsalma kimi sahələrdə qaydalar insan sağlamlığını təhdid edən havada asılı olan zərərli hissəcikləri azaltmağa kömək edə bilər.

Hesabatda deyilir ki, həm havanın çirklənməsini azaldan, həm də enerji müstəqilliyini təşviq edən tədbirlər eyni vaxtda iqtisadi və ekoloji faydalar verə bilər. Dünya Bankı hesab edir ki, çirklənmənin idarə olunması üzrə inteqrasiya olunmuş siyasətlər 2040-cı ilə qədər qlobal iqtisadiyyata 2,4 trilyon dollar fayda gətirə bilər. Ekspertlər xəbərdarlıq edir ki, havanın çirklənməsi ilə mübarizə üçün effektiv siyasətlər təxirə salınmadan həyata keçirilməlidir.

 





28.03.2025    çap et  çap et