«Ona görə də TAP məhsul və xidmətlər üçün təbii qaz boru kəməri layihəsinin tələb etdiyi yeni prosesə başlayacaq», - İsveçrədə, Baardan olan press-relizdə bildirilib.
Yenidən işlənmiş ilkin seçim mərhələsi milli və beynəlxalq təchizatçıların bu mühüm və strateji əhəmiyyətli layihədə iştirakı üçün maksimum imkan yaratmalıdır.
TAP «EPC»dəki məhsulları və xidmətləri əldə etmək, eləcə də müqavilələri təmin etmək üçün prosesi yenidən başladacaq.
Bu il məhdudlaşdırılması tələb ediləcək təchizatçıların çoxu «EPC» xidmətləri üçün olacaq. Buraya quruda və dənizdə boru kəmərlərinin tikintisi, qaz kompressor stansiyaları və boru kəməri qəbuledici terminalının tikintisi daxildir.
Təchizat müqavilələri ilə bağlı isə xidmətlərə polad boru kəmərlərinin alınması, SCADA sistemləri və böyük diametrli boru kəməri ventilləri daxildir. Konsorsiumun məlumatına görə, bu müqavilələr birbaşa TAP tərəfindən idarə ediləcək.
TAP-ın səhmdarlarına BP (20 faiz), Azərbaycanın SOCAR-ı (20 faiz), Norveçin Statoil-i (20 faiz), Belçikanın «Fluxys»i (16 faiz), Fransanın «Total» (10 faiz), Almaniyanın «E.ON» (9 faiz) və İsveçrənin «Axpo» (5 faiz) şirkətləri daxildir.
TAP bildirib ki, tender proseslərində iştirakla bağlı şirkətləri yönləndirəcək.
TAP Azərbaycandakı «Şahdəniz-2» yatağından Avropaya təbii qaz nəql edəcək. TAP Türkiyə və Yunanıstanın sərhədində, Kipoidə başlayacaq və Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşəcək. Təbii qazın nəqli TAP-dan Cənubi İtaliya sahilinə gəlməzdən əvvəl, şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru Yunanıstan və Albaniyadan keçərək davam edəcək.