Oval kabinetdə jurnalistlər qarşısına çıxan Tramp, “Mən hamılıqla İranla bir qərara gəlməyin tərəfdarıyam. Amma biz qərara gəlməsək, İranın başına pis şeylər gələcək”, – deyib.
“İran diqqət yetirmək istədiyim şeylər siyahısında birinci yerdədir”, – deyən Tramp, Ukraynada İran pilotsuz təyyarələrinin istifadə edildiyinə dair xəbərləri araşdırdığını bildirib.
Tramp sərvətlərlə zəngin Danimarka ərazisini ələ keçirmək istəyini təkrar edərək, ABŞ-ın “dünya sülhü” üçün Qrenlandiyaya nəzarət etməli olduğunu vurğulayıb.
“Hazırda Qrenlandiyaya baxsanız, su yollarına baxsanız, hər yerdə Çin və Rusiya gəmiləri var və biz bunu tamamilə qarşılaya bilmərik. Biz ABŞ üçün sülhdən danışmırıq, biz dünya sülhündən danışırıq, beynəlxalq təhlükəsizlikdən danışırıq”, – Tramp deyib.