Vaxt.Az

Musiqinin gücü ...


 

Türkçülüyü motivasiya edən mahnı

Musiqinin gücü ... Böyük, ulusal hədəflərimizə çatmaq yolunda dilin gücünü də, musiqinin gücünü də düzgün dəyərləndirməli və bunlardan maksimum yararlanmalıyıq.

Gördüyümüz kimi bir yandan Azərbaycan türkcəsi bu günlərdə İranın fars-molla rejimini təlaşlandırmağa, silkələməyə davam edir. Bu yandan isə başqırd türklərinin “Ay Yola” qrupunun “Homay” (Humay) adlı mahnısı sürətlə hitə çevrilir, milyonların qəlblərini fəth edir.

Bu mahnı türkçülük motivindədir. Qədim türk folkloru əsasında yazılıb, bəstələnib. Ad da, mövzu da, ifaçı da uğurlu seçilib.

Bu mahnı Rusiya dövlətinin assimilə etməyə, mankurtlaşdırmağa çalışdığı başqırd, tatar, kalmık, çuvaş, xakas, Tuva, Kabarda-Balkar, Qaraçay, Krım türkləri tərəfindən böyük coşqu ilə qarşılanmaqla yanaşı, həmçinin Qazaxıstan, Qırğızıstan, Özbəkistanda da hər kəsdə heyranlıq doğurur.

Son bir həftə ərzində bu trek Azərbaycanda da çox dinlənilir, paylaşılır.

Sadə kompozisiyası var. Amma çox sevildi.

Baxın, bircə mahnı ilə bütün türk dövlətlərinin və Rusiya, Çin, İraq, Əfqanıstan, Suriya, Moldova, Rumıniya, Bolqarıstanda yaşayan türkdilli xalqların, eləcə də Güney Azərbaycan, Borçalı və Dərbənddəki soydaşlarımızın inteqrasiyası işinə nə boyda təkan, dəstək vermək mümkündür.

Ancaq əfsuslar olsun ki, bizim bir çox müğənnilərimizi, tv-lərimizi  bu cür musiqilər, mövzular qətiyyən maraqlandırmır. Heç olmasa, “Homay”ı oxuyan Adel adlı bu başqırd qızından örnək alsınlar, nümunə götürsünlər.

 





29.03.2025    çap et  çap et