Vaxt.Az

Hədəfini bilən lider


 

Atatürk Antantanın artıq udmağa hazırlaşdığı Osmanlı İmperiyasını Türkiyə adı ilə xilas edib

Hədəfini bilən lider Atatürk siyasi platformasının Türkiyə üçün ən optimal model olması artıq mövqeyindən asılı olmayaraq türk siyasi elitası üçün tam aydındır.

Dünyada baş verən son fundamental dəyişiklikər erası bunu bir daha üzə çıxardı: Beynəlxalq münasibətlərdə feodal və aqrar Türkiyə deyil, siyasi, hərbi, iqtisadi, sənaye bazası üzərində duran güclü Türkiyə söz sahibidir. 

Tarixi həm də siyasi qərarlar yaradır. 

İran şahı Rza Pəhləvi və oğlu Məhəmməd Rza Pəhləvinin əsas məqsədi feodal və aqrar, savadsız ölkəni modernləşdirmək idi. 

Onların kumiri Türkiyənin qurucusu Atatürk idi.  

Hər iki dövlətin böyük imperiya tarixi vardı. Atatürk bunu bacardı, Rza Şah və oğlu edə bilmədi. Niyyət azdır, güclü və xalqına söykənən, hədəfini bilən lider olmaq vacibdir. 

Mən siyasi tarixə real və praqmatik baxmağın tərəfdarıyam. Romantika ilə tarix öyrənilə bilməz. 

Ola bilsin Atatürk barədə mübahisə açanlar Türkiyənin son 50 ilinin siyasi tarixinin ağır səhifələrini unuda bilmirlər. Nİfrət isə heç bir vaxt tarixə obyektiv yanaşmağa imkan verməz. 

Hansı ölkənin tarixində belə səhifələr yoxdur ki?

Atatürk Antantanın artıq udmağa hazırlaşdığı Osmanlı İmperiyasını Türkiyə adı ilə xilas edib. Sevr müqaviləsinə baxın. Sultanın imzaladığı bu müqavilədə Osmanlı böyük dövlətlərin “yemək menyüsundadir”. 

Atatürkün 19 Mayıs hərəkatı bu biabırçılığın altından çıxmağa imkan verib. 

Bu gün Türkiyə “menyuda” deyil, “süfrə başında”dır. Bu işdə Prezident Ərdoğanın son 20 illik hakimiyyətinin tarixə yazılası mühüm payı var.

Ərdoğan Türkiyə üçün Atatürkün vətəndaş həmrəyliyi, dini və milli birlik ideyaları üzərində yürütdüyü siyasətin strateji vizionunu çox gözəl qura bildi. 

21-ci əsrin texnoloji priroitetlərin hökm etməyə başladığı biu günkü dövdə güclü və demokratik Türkiyə varisliyi və vətəndaş həmrəyliyini tələb edir.  

Atatürk indiki Türkiyənin dünya çapındakı yerini müəyyən edib. Bu yer heç bir halda mübahisələndirilə bilməz. Bundan yaxşısına nail olmaq üçünsə bu günün paradiqması bəllidir.

“Vətənini ən çox sevən vəzifəsini en iyi yapandır!” – Atatürkün sözləridir. 

Həqiqətən, elədir. Bu gün üçün də aktual çağırışıdır.

 





29.03.2025    çap et  çap et