Vaxt.Az

Baydenin zamanında toxunlmaz idilər


 

ABŞ-da MS-13 cinayətkar qruplaşmasının liderləri ələ keçirilib

Baydenin zamanında toxunlmaz idilər ABŞ-ın hüquq-mühafizə orqanları bu həftə “MS-13” (Mara Salvatrucha – “salvadorlu küçə qarışqaları briqadası”) adlı təhlükəli beynəlxalq cinayətkar dəstənin Virciniyada fəaliyyət göstərən liderlərini saxlayıb. Bu əməliyyat ABŞ ərazisində transmilli cinayətkarlıqla mübarizədə mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

“MS-13” uzun illərdir ki, zorakılıq, narkotik ticarəti və insan alveri ilə məşğul olan bir qrup kimi tanınır. Qrupun ABŞ daxilində fəaliyyəti əsasən immiqrant icmaları arasında cərəyan edir və bir çox hallarda gənclərin kriminal şəbəkəyə cəlb edilməsi ilə müşayiət olunur.

Federal Təhqiqat Bürosu (FBI) və İmmiqrasiya və Gömrük İcra Xidməti (ICE) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində çoxsaylı silah, narkotik vasitələr və maddi sübutlar ələ keçirilib.

Bununla yanaşı, bir məsələ də diqqət çəkir:

Bayden administrasiyası dövründə uzun müddət bu dəstənin rəhbərlərinə toxunulmurdu. Ekspertlər bunu miqrasiya məsələlərinə və “yumşaq təhlükəsizlik siyasətinə” üstünlük verilməsi ilə izah edirlər. Bu isə qrupun bəzi bölgələrdə praktiki olaraq toxunulmazlıq statusu qazanmasına səbəb olmuşdu.

İndi isə baş tutan bu əməliyyat:

• ABŞ daxilində “MS-13”in təsirinin zəiflədilməsi,

• Yerli icmaların təhlükəsizliyinin artırılması,

• Cinayətkar şəbəkələrin maliyyə və struktur imkanlarının məhdudlaşdırılması baxımından ciddi strateji əhəmiyyətə malikdir.

ABŞ rəsmiləri bildirirlər ki, bu əməliyyat “yalnız başlanğıcdır” və oxşar qruplaşmalara qarşı kompleks tədbirlər davam etdiriləcək.

 





29.03.2025    çap et  çap et