Vaxt.Az
ABŞ-da neft buruqlarının sayı azalıb
İldə iyirmi iki azalmanın ikisi keçən həftə olub
Bu həftə ABŞ-da neft buruqlarının sayı 2 ədəd azalıb. Neft-mədən xidmətləri şirkəti “Baker Hughes” tərəfindən açıqlanan həftəlik məlumatlara görə, ölkədəki neft qazma qurğularının sayı 22-28 mart tarixləri arasında əvvəlki həftə ilə müqayisədə 2 ədəd azalaraq 484-ə çatıb. ABŞ-da son bir ildə neft qazma qurğularının sayı 22 ədəd azalıb.Cümə axşamı 73,34 dollardan bağlanan “Brent” markalı neftin
bir barelinin qiyməti cümə günü 72,76 dollardan bağlanıb.
“West Texas Intermediate” (WTI) xam nefti cümə günü bir
barel üçün 69,36 dollardan bağlanıb. WTI markalı xam neftin bir barreli cümə
axşamı günü 69,92 dollara bağlanıb.
29.03.2025
çap et