Vaxt.Az

200-500 dollar


 

Ukraynada separatçılıqla məşğul olan rusiyalıların gündəlik maaşları

200-500 dollar Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya bankını ölkənin şərqində terrorçu qrupları maliyyələşdirməkdə ittiham edib.

Xüsusi xidmət orqanının məlumatına görə, iğtişaşlarda iştirak edən Rusiya yönümlü fəalların hər birinin plastik kartına bankın vasitəçiliyi ilə hər gün 200-500 dollar köçürülür. UTX hələlik bankın adını açıqlamır.

«Ukraynanın şərq bölgələrində separatçı şüarlar altında fəaliyyət göstərən terrorçuların maliyyələşdirilməsini təşkil edən və hazırda da təmin edən Rusiya banklarından birinin rəhbər şəxsləri barəsində cinayət icraatı başlanıb», deyə qurumun mətbuat xidmətinin açıqlamasında bildirilir.

Ukrayna xüsusi xidmət orqanının məlumatına görə, 2014-cü ilin mart-aprel ayları ərzində qeyd olunan bankın Kiyevdə yerləşən mərkəzi ofisinin vəzifəli şəxsləri vətəndaşlara qarşı zor tətbiq edən, dövlət əmlakına ziyan vuran və dövlət obyektlərini zəbt edən terrorçu qrupların təşkilatçılarını maliyyələşdiriblər.

Faktla bağlı Ukrayna CM-in 285-5-ci maddəsi ilə (terrorçuluğun maliyyələşdirilməsi) cinayət işi başlanıb.

 





16.04.2014    çap et  çap et