Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FSB) qərargahı yaxınlığında baş verən partlayışdan sonra limuzin alovlara qərq olub. Nəqliyyat vasitəsinin mühərrikində başlayan və qısa müddətdə limuzinin salonuna keçən yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.
Alov nəticəsində avtomobilin olduğu küçəni qara tüstü bürüdüyündən yanğına ilk müdaxilə edənlər ərazidəki restoran işçiləri olub.
Kremlin Prezident Əmlakının İdarə Edilməsi Müdirliyinə ayrıldığı bildirilən avtomobilin sükanı arxasında kimin olduğu və partlayışa nəyin səbəb olduğu hələlik məlum deyil.
Ukrayna prezidenti Vladimir Zelenski canlı yayımda "Putin tezliklə öləcək və hər şey bitəcək" deyib.
Son illərdə Putinin təhlükəsizliyini artırmaq üçün geniş tədbirlər görülüb və Putinə qarşı istənilən sui-qəsdin nüvə cavabı ilə qarşılanacağı açıqlanıb.
Putin müntəzəm olaraq səyahət üçün öz limuzin parkından istifadə edir və bu avtomobilləri keçmişdə Şimali Koreya lideri Kim Çen In da daxil olmaqla bir çox dünya liderlərinə hədiyyə edib.