Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Gündüz cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-11, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın bölgələrində aprelin 17-də
əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq
rayonlarda qısamüddətli yağış yağacağı, şimşək caxacağı ehtimalı var. Səhər
ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
çap et