Vaxt.Az
“Qarabağ hərəkatı”nı çökdürmək planı
Bunun əksi Ermənistanı Azərbaycanla müharibədə növbəti ağır məğlubiyyətə sürükləyəcək
Baş nazir Nikol Paşinyan parlamentdəki son çıxışında “Qarabağ hərəkatı fəaliyyətini dayandırmalıdır” deməklə sanki bilərəkdən cini şüşədən çıxartdı. Onun bu açıqlamasından sonra radikal müxalifət təmsilçiləri “Qarabağ hərəkatına” dəstək ifadə etdilər, bir qrup erməni separatçısı isə İrəvanın mərkəzi meydanında çadırlar qurmağa başlayıb. Görünür, Paşinyana elə bu lazım idi. Paşinyan iki il əvvəl ona qarşı yürüşə başlayan, ancaq uğur qazanmayan keşiş Baqrat Qalstanyanı eyni üsulla taqətdən salmışdı. Əvvəlcə onun yürüşünə şərait yaratdı, aylarla davam edən müqavimət hərəkatı tərəfdar toplaya bilmədi. Biabır olan keşiş arxa plana keçdi.Paşinyan “Qarabağ hərəkatı” ilə mübarizədə erməni cəmiyyətinin
əksər hissəsinin ona dəstək verəcəyinə arxayındır. Əks halda baş nazir riskə
gedib “əgər Ermənistan xalqı mənim qərarıma qarşı çıxarsa, o zaman mən Ermənistanın
baş naziri olmayacağam” ifadəsini işlətməzdi. Ermənistan əhalisi İkinci Qarabağ
müharibəsindəki ağır məğlubiyyətdən sonra “Qarabağ hərəkatı”, “Qarabağa
qayıdış” kimi şüarlara dəstək verməyəcək. Paşinyan bu yolla seçiciləri arasında
mövqeyini gücləndirməyə çalışacaq. Ermənistan əhalisi Paşinyanın “Azərbaycanla
sülhə çalışmalıyıq” yanaşmasıyla radikal müxalifətin “Qarabağ qayıtmalıyıq”
yanaşması arasında birinciyə üstünlük vermək məcburiyyətindədir. Çünki, ikinci
seçim Ermənistanı Azərbaycanla müharibədə növbəti ağır məğlubiyyətə sürükləyəcək.
30.03.2025
çap et