İran prezidenti Məsud Pezeşkian Donald Trampın bu ayın əvvəlində ölkənin ali rəhbərinə göndərdiyi məktuba cavab olaraq danışıb. Məsud Pezeşkian bazar günü bəyan edib ki, İran nüvə proqramı ilə bağlı ABŞ-la birbaşa danışıqları rədd edir.Nazirlər Kabinetinin iclası zamanı televiziya ilə çıxışında “Biz danışıqlardan qaçmırıq”, – deyib.
“İndiyə qədər bizim üçün problem yaradan vədlərə əməl etməmək olub. Onlar inam yarada biləcəklərini sübut etməlidirlər”.
Pezeşkian ABŞ prezidenti Donald Trampın martın 12-də Tehrana göndərdiyi və tam məzmunu açıqlanmayan məktubuna cavab olaraq danışıb.
İranın Oman Sultanlığı vasitəsilə ABŞ-a cavabı Vaşinqtonla mümkün dolayı danışıqlar üçün qapını açıq qoyub.
Ağ Ev İran prezidentinin sözlərinə reaksiya verməyib.
çap et