1980-ci ildən bəri piylənmənin sayının artdığı Meksikada uşaqlıqda piylənmə ilə mübarizə çərçivəsində dünəndən məktəblərdə zərərli yeməklərin satışını qadağan edən qanun qüvvəyə minib.
Yeni qanuna əsasən, artıq məktəblərdə yüksək kalorili qidalar və tərkibində çoxlu şəkər, duz və yağ olan içkilər satılmayacaq.
Bu məhsulların yerinə daha sağlam qida alternativlərinin təklif edilməsini tələb edən qanunu pozan məktəb rəhbərləri 545-5450 dollar (926-9260 manat) arasında cərimələnəcək.
Digər tərəfdən, ekspertlər ölkədəki bəzi məktəblərdə elektrik və internet infrastrukturunun olmadığına və bu qanuna nəzarətin çətin ola biləcəyinə diqqət çəkiblər.