Atma qurğusunu işlədən “Andoya Space”, raketin okeana düşdüyünü və heç bir itki olmadığını açıqlayıb. Ekoloji və maddi ziyanla bağlı qiymətləndirmələrin davam etdirildiyi də bildirilib.
“Isar Aerospace”in “Spectrum” raketi Avropanın kommersiya kosmik raketi olmalı idi. Raket Münhendə yerləşən “Isar Aerospace” tərəfindən hazırlanmış və Avropadan orbitə buraxılan ilk kommersiya kosmik raketi olmaq üçün nəzərdə tutulmuşdu. Lakin partlayış səbəbindən raket kosmosa çata bilməyib. Şirkət sınaq uçuşu ilə peyk yerləşdirmə məqsədləri üçün məlumat toplamağı planlaşdırırdı.
“Biz uçuş-enmə zolağımızı partlatmadıq. İlk uçuşumuzda təmiz havaya qalxdıq və 30 saniyə uçduq, bu müddət ərzində uçuş zolağına heç bir ziyan dəymədi”, – “Isar Aerospace”in baş direktoru Daniel Metzler uçuşdan sonra deyib.
Gələcəkdə “Isar Aerospace” Münhen yaxınlığında yeni obyekt tikmək və ildə 40 daşıyıcı aparat istehsal etməyi qarşısına məqsəd qoyub. Bildirilib ki, şirkət 400 milyon avro kapitalla kosmik sənayenin əsas oyunçusuna çevrilməyi planlaşdırır.
“Goldman Sachs”a görə, qlobal peyk bazarı 10 il ərzində 15 milyard dollardan 108 milyard dollara qədər artacaq. Yaxın 5 ildə 70 min peyk Yerdən 1000 kilometrə qədər yüksəklikdə yerləşdiriləcək. Bu artım hazırda peyklərin ümumi sayından altı dəfə çoxdur.