Bunu aznews.az-a açıqlamasında xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub deyib. O, bu barədə yazılanların şayiə olduğunu bildirib: «Deyilənlər şayiədən savayı bir şey deyil. Əl çəkin bu böhtandan. Tamamilə yalan xəbərdir».
Xatırladaq ki, mətbuatda teleaparıcı və baxıcı İlham Mirzəyevin aprelin 12-də keçirilən məhkəmə prosesində aparıcının haqsız yerə həbs olunmasına etiraz olaraq xalq şairi Zəlimxan Yaqubun da iştirak etdiyini bildirən xəbər yer alıb.