Vaxt.Az

Ərdoğana əngəl qalmadı


 

Prezident və baş nazir seçkiləri müzakirə edəcəklər

Ərdoğana əngəl qalmadı Bu gün Türkiyənin hakim partiyası AKP-nin toplantısı keçirilib. Türkiyə mətbuatı xəbər verir ki, bələdiyyə seçkilərinin nəticələrini analiz edən millət vəkilləri prezidentliyə namizədləri də müzakirə ediblər.

Toplantıda millət vəkillərinə anket sorğusu paylanılıb. Sorğunun nəticələrinə görə, AKP təmsilçiləri prezidentliyə namizəd kimi baş nazir Rəcəb Tayyip Ərdoğanı görürlər. 

Bu həm də onu göstərir ki, bundan sonra Ərdoğan prezident seçkilərində partiyasının tam dəstəyinə ümid edə bilər.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin birinci mərhələsi 10 avqustda keçiriləcək.

 

***

 

Bu arada Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan bu ilin avqustunda keçiriləcək prezident seçkilərinə hazırlığı müzakirə edəcəklərilə bağlı xəbər də yayıldı. Türkiyə prezidentinin baş müşaviri Əhməd Sevərin bəyan etdiyi açıqlamanı «Anadolu» agentliyi tirajlayıb.

Müşavirin sözlərinə görə, hələlik dəqiq tarixi dəqiqləşdirilməyən görüşün yaxın həftələrdə baş tutacağı gözlənilir.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-na təyin edilib.

 





16.04.2014    çap et  çap et