Vaxt.Az

Çinin “Birgə qılınc” əməliyyatı


 

Pekin qüvvələri Tayvanın işğalını imitasiya edəcək

Çinin “Birgə qılınc” əməliyyatı Çin və Tayvan arasında davam edən suverenlik mübahisəsinin bir hissəsi olaraq adanı əhatə edən genişmiqyaslı hərbi təlimə başladığını elan edib.

Xalq Azadlıq Ordusunun (AXO) Şərq Cəbhəsi Komandanlığının Tayvan bölgəsi üzrə məsul sözçüsü, polkovnik Si Yi komandanlığın quru, hava, dəniz və raket qüvvələrinin təlimə qatıldığını açıqlayıb.

Si deyib ki, Tayvanı əhatə edən təlimlər dəniz və hava döyüş hazırlığı patrulları, tam nəzarətin qurulması, dəniz və quru hədəflərinə hücumlar, strateji ərazilərin və dəniz yollarının blokadaya alınmasına yönəldiləcək. O, həmçinin bildirib ki, təlimin məqsədi bölmələrin birgə əməliyyat imkanlarını yoxlamaqdır.

Rəsmi deyib ki, təlimlər Tayvanın müstəqilliyini dəstəkləyən separatçı hərəkatlar üçün güclü xəbərdarlıq” və effektiv çəkindirici olub. O, bu təlimin Çinin suverenliyini və milli birliyini qorumaq üçün qanuni və məcburi addım olduğunu müdafiə etdi.

2022-ci ildə ABŞ Nümayəndələr Palatasının o vaxtkı sədri Nensi Pelosinin Tayvana səfərindən, Tayvanın keçmiş lideri Tsai İnq-venin 2023-cü ildə ABŞ-a səfərindən və Tayvanın yeni liderinin inaqurasiya mərasimindən sonra Çin ordusu adanın ətrafında mütəmadi olaraq genişmiqyaslı təlimlər keçirib.

***

Çində İkinci Dünya müharibəsindən sonra Çan Kay-şeyin başçılıq etdiyi Çin Millətçi Partiyasının (Koumintag) qüvvələri ilə Mao Zidonun rəhbərlik etdiyi Çin Kommunist Partiyasının (ÇKP) qüvvələri arasında gedən vətəndaş müharibəsində qalib gələn kommunistlər 1 oktyabr 1949-cu ildə Çin Xalq Respublikasının qurulduğunu elan etdilər. 1912-ci ildə qurulan “Çin Respublikası” hökumətinin adada davam etdiyi bildirilmişdi.

Çin Xalq Respublikasının ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqilliyə malikdir. Çin və Tayvan arasında ayrılıq hələ də davam edir.

Son illərdə Tayvana hərbi təzyiqi artıran Pekin, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayır.

 





01.04.2025    çap et  çap et