Rusiya ilə Şimali Koreya arasında 2026-cı ilin sonuna qədər tamamlanması gözlənilən 4 kilometr uzunluğundakı körpünün Şimali Koreya ilə Rusiyanın şərqi arasında əlaqə yaradacağı bildirilib.Körpü 1959-cu ildə istifadəyə verilmiş mövcud “Dostluq körpüsü” dəmir yolu bağlantısının yaxınlığında yerləşəcək. “Hazırda tərəflər layihə sənədlərini yekunlaşdırır, tikinti qruplarını formalaşdırır və lazımi avadanlıqları yığır”, – Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora layihə ilə bağlı açıqlamasında bildirib.
çap et