ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hava hücumlarının görüntülərini yayıb.
Son saatlarda müxtəlif bölgələrdə həyata keçirilən hava zərbələri nəticəsində ölü və yaralılar var.
Husilər Marib vilayətinin hava məkanında ABŞ-ın “MQ-9 Reaper” pilotsuz uçuş aparatını (PUA) vurub. Bu, terrorçu qruplaşma tərəfindən vurulan on altıncı PUA-dır. Yaraqlılar PUA-nın yerli istehsal raketlə vurulduğunu iddia edir.
ABŞ prezidenti Donald Tramp martın 15-də “Truth Social” platformasında orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verib.
çap et