Vaxt.Az

Təzə rektor başladı


 

2 dekan 1 direktor müavini işdən çıxarıldı

Təzə rektor başladı Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) kadr islahatları davam edir. Universitetin rektorunun imzaladığı əmrə əsasən Mikayıl Zeynalov ali təhsil ocağının iqtisadi məsələlər üzrə prorektoru təyin edilib.

ADİU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Vüsalə Məmmədovanın musavat.com-a verdiyi məlumata görə, «Beynəlxalq iqtisadi münasibətlər» və «Ümumi iqtisadiyyat» fakültəsinin dekanları Müzəffər Məmmədov və Kamil Qafarov, eləcə də Magistratura mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər Rövşən Quliyev tutduqları vəzifədən azad edilib.

Rektorun digər əmri ilə «Beynəlxalq iqtisadi münasibətlər» fakültəsinin dekan müavini Mənsur Bərxudarov həmin fakültənin, «Türk dünyası işlətmə» fakültəsinin dekan müavini Asiman Quliyev isə «Ümumi iqtisadiyyat» fakültəsinin dekanı təyin olunub.

Universitetin iqtisadi araşdırmalar elmi tədqiqat institutunun şöbə müdiri Nazim Hacıyev isə Magistratura mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər təyin edilib.
 





16.04.2014    çap et  çap et