“Bitcoin” ABŞ prezidenti Donald Trampın son vergi elanından sonra ucuzlaşıb. Kriptovalyuta ABŞ prezidenti Donald Trampın son vergi açıqlamasından sonra 83 min dollarda qərarlaşıb.
Trampın yeni ticarət siyasətlərini açıqlamasına az qalmış 88 min dollar səviyyəsinə yaxınlaşan aparıcı kriptovalyuta, açıqlamadan sonra 83 min dollar səviyyəsinə düşüb.
Tramp tərtib etdiyi böyük siyahı üzrə bir qrup ölkəni və ABŞ-ın əsas ticarət tərəfdaşlarını əhatə edən ikitərəfli tarifləri rəsmi olaraq elan edib. Gün ərzində bahalaşan səhmlər kəskin ucuzlaşmalar yaşayıb.
Bu dövrdə kriptovalyuta ilə əlaqəli səhmlər də azalıb. Əvvəllər “MicroStrategy” kimi tanınan əsas “Bitcoin investoru Strategy” (MSTR) səhmləri təxminən 7 faiz, kriptovalyuta birjası “Coinbase Global” (COIN) 6 faiz, “Robinhood” (HOOD) isə 9 faiz dəyər itirib.
çap et