Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsindən (BCM – İnternational Criminal Court) çıxmaq barədə qərarını açıqlayıb. Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaks, sosial media hesabından etdiyi şərhdə, “Macarıstan Beynəlxalq Cinayət Məhkəməsini tərk edir. Proses Macarıstanın konstitusiya və beynəlxalq hüquqi öhdəlikləri çərçivəsində cümə axşamı günü başlayacaq”, – deyib. Bu qərar BCM tərəfindən həbs qərarı verilən Benyamin Netanyahunun Macarıstana səfərə ərəfəsində verilib. Macarıstan 15 yanvar 1999-cu ildə Roma Statusunu imzalamış və sənədini ratifikasiyasını 30 noyabr 2001-ci ildə vermişdi. BCM-i yaradan Roma Nizamnaməsi 1 iyul 2002-ci ildə qüvvəyə minmişdi.Müvafiq olaraq, bu bir illik müddət ərzində Macarıstan Roma Statusuna əsasən BCM qarşısında öhdəliklərini yerinə yetirməyə davam etməlidir, yəni lazım gəldikdə həbs qərarlarını icra etməlidir.
Macarıstanda olduğu kimi, Filippin də Roma Nizamnaməsindən çıxmaq niyyətini 14 mart 2018-ci ildə, BCM ölkədəki vəziyyətlə bağlı ilkin araşdırmaya başladıqdan təxminən bir ay sonra elan etdi və geri çəkilmə bir il sonra, 16 mart 2019-cu ildə tamamlandı.
Keçmiş Filippinin prezidenti Rodriqo Duterte ölkəsinin BCM-dən çıxmasından əvvəlki dövrdən irəli gələn ittihamlarla hələ də qurumda mühakimə olunur.
çap et