Vaxt.Az

“Böyüməni aşağı, inflyasiyanı yuxarı çəkəcək”


 

“Wall Street” tariflər haqqında nə düşünür?

“Böyüməni aşağı, inflyasiyanı yuxarı çəkəcək” “Wall Street”dəki strateqlər və investorlar Trampın tariflərinin böyüməyə aşağı, inflyasiyaya isə yuxarı təsir göstərəcəyini gözləyirlər.

ABŞ-da tənəzzül ehtimalı ilə bağlı təxminlərin yenidən nəzərdən keçirilməli ola biləcəyini proqnozlaşdıran “Wall Street”ə görə, şirkətlərin mənfəət proqnozlarına aşağı istiqamətli təzyiq də arta bilər: “Bu, ticarəti yavaşlatacaq və qiymətləri yüksəldəcək, marjaları sıxacaq. Bu, qlobal ticarətdə sürtünmə və təhrif yaradacaq, onsuz da yavaşlayan iqtisadiyyatı daha da ləngidəcək. Düşünürəm ki, biz qisas gözləməliyik – bu, yəqin ki, daha da eskalasiyaya gətirib çıxaracaq”, – “JonesTrading Institutional Services”in baş bazar strateqi Maykl O'Rurk bildirib.

“Miller Tabak + Co”dan Mett Meyli, “Bəzi investorların gözlədiyi son dəqiqə rahatlığı baş vermədi. Tramp Administrasiyası bu tarif siyasətlərinin bazarlara göstərəcəyi qısamüddətli təsirdən narahat görünür. Bu o deməkdir ki, önümüzdəki həftələrdə qazanc proqnozlarına çox diqqət yetiriləcək. Əgər səhm bazarı üçün qazanclar daha da aşağı düşə bilər”.

“Məni ən çox bizneslərə və istehlakçılara təsir edən qeyri-müəyyənlik səviyyəsindən narahatam. Əgər növbəti bir neçə ay və ya rüb ticarət danışıqlarına sərf olunarsa, bu qeyri-müəyyənlik yüksək olaraq qalacaq. Mən zərərin bir hissəsinin artıq vurulduğundan narahatam, buna görə də artıma təsirindən narahatam”, – “JPMorgan Asset Management Fond”un meneceri Priya Misra bildirib.

“Columbia Threadneedle”dən Ed Əl-Husseyni də tarifləri qısa müddətdə artım üçün mənfi və inflyasiya üçün yüksəliş kimi qiymətləndirib.

 





03.04.2025    çap et  çap et