Vaxt.Az

Qanun sərtləşdirildi, müddət uzadıldı


 

Fransada yaşamaq istəyənlərin arzularına zərbə

Qanun sərtləşdirildi, müddət uzadıldı Fransadan son illərdə getdikcə çətinləşən xaricdəki evliliklərə son qoyan bir addım gəldi. Yeni immiqrasiya qanunu xaricdən nikahları xeyli mümkünsüz edib.

Fransa parlamenti aylarla davam edən siyasi müzakirələrdən sonra ölkənin immiqrasiya siyasətini sərtləşdirən qanun layihəsini 186 əleyhinə 349 səslə təsdiqləyib.

Makronun təsdiqindən və rəsmi qəzetdə dərc olunduqdan sonra qüvvəyə minəcək tənzimləmə ilə immiqrantların ailə üzvlərini Fransaya gətirmələri çətinləşdiriləcək və sosial yardımlara çıxışı gecikdiriləcək.

Yeni qanun Fransada yaşayan əcnəbilərə mənfi təsir edəcək. Yeni qanunla ailə qurmaq, xaricdən evlilik daha da çətinləşir.

Qanuni olaraq yaşayan əcnəbinin ailəsini Fransaya gətirə biləcəyi müddətin on səkkizdən iyirmi dörd aya qədər uzadılması ilə ailə birləşməsinə giriş məhdudlaşdırılıb.

Bu imkan həm də Fransada yaşayan şəxsin müntəzəm maliyyə imkanlarına malik olması ilə şərtlənir. Nəhayət, qohumlar gəlməmişdən əvvəl fransız dilini öyrənməli və imtahandan keçməlidirlər.

Fransa Mühacirlərə Yardım Assosiasiyasının direktoru Helen Supios-Devvid yeni təcrübəyə sərt reaksiya verib. Hüquq müdafiəçisi bu məhdudiyyətin heç bir əsası olmadığını qeyd edib.

 





03.04.2025    çap et  çap et