Vaxt.Az

Fransa qadınları etiraza qalxır


 

2024-cü il ölkədə 140 qadın cinayətin qurbanı olub

Fransa qadınları etiraza qalxır Fransadakı “NousToutes” kollektivinin paylaşdığı məlumatlara görə, ötən il ölkədə 140 qadın qətli törədilib. 2025-ci ilin ilk aylarında bu rəqəm 37-yə çatıb. Araşdırmalara görə, qurbanların əksəriyyəti keçmiş həyat yoldaşları və ya sevgililəri tərəfindən öldürülüb.

Fransada son illər qadınların mübarizəsi yüksəlir. Fevral ayında milli miqyasda bir araya gələn qadın təşkilatları, həmkarlar ittifaqları, siyasi partiyalar və dərnəklər 8 Mart üçün birlikdə mübarizə aparmaq qərarına gəlib. Birlik və qadın təşkilatlarının Beynəlxalq İşçi Qadınlar Günü ilə bağlı açıqlamalarına görə, ölkənin 160-dan çox şəhərində 250 mindən çox insan küçələrə çıxıb.

Aksiyalar zamanı qadınlara qarşı zorakılıq, təqib və zorlamanın dayandırılması, bərabər işə bərabər maaş verilməsi, hökumətin qurbanlara və bu sahədə çalışan təşkilatlara daha çox büdcə ayırması, irqçiliklə mübarizə kimi tələb və şüarlar gündəmə gəlib.

 





03.04.2025    çap et  çap et