Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın başçılıq etdiyi səkkiz OPEC+ üzv ölkəsi may ayında neft hasilatını artırmaq planına sadiq qalacağını açıqlamışdı. Təşkilat neft hasilatını gündəlik 411 min barel artırmaq planlarını davam etdirmək barədə razılığa gəliblər.
“Bu artım may ayı üçün planlaşdırılan məbləğ və əlavə iki aylıq artım daxildir”, – OPEC bildirib.
Açıqlamaya görə, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman iyun ayı üçün hasilat səviyyələrini müəyyən etmək üçün mayın 5-də bir araya gələcək.
çap et