Vaxt.Az

Minlərlə adama duş qadağası


 

Təhlükəli bakteriyalar borulara yayılıb

Minlərlə adama duş qadağası Almaniyada legionella bakteriyası aşkar edildikdən sonra yüzlərlə kirayəçinin evlərinə iki həftəlik qadağa qoyulub. Hakimiyyət orqanları legionella bakteriyasının aşkarlanması səbəbindən Berlinin Neukölln rayonundakı “High-Deck” yaşayış massivində duş qəbulunu qadağan edib. Məlumata görə, “Howoge” bələdiyyə mənzil birliyinə görə, bölgədəki çirklənmə səviyyəsinin bəzi yerlərdə “çox yüksək” olduğu müəyyən edildi.

Legionella bakteriyası isti su borularında çoxalır və xüsusilə 25 ilə 45 dərəcə arasında olan temperaturda asanlıqla yayılır. Bu bakteriyanın su damlaları ilə tənəffüs edilməsi Legioner xəstəliyinə səbəb olur. Vəziyyətin ciddiliyini nəzərə alaraq, səlahiyyətlilər martın 17-dən etibarən “Leo-Slezak-Straße”də 300-ə yaxın mənzildə duş qəbulunu qadağan edib.

Legionella ilə çirklənmənin səbəbini araşdırmaq üçün də mütəxəssis şirkətə tapşırıq verilib. İlkin araşdırmalara görə, mənzillərdəki boru aeratorlarının bakteriyaların yayılmasına səbəb ola biləcəyi bildirilir. Qısa və orta müddətdə bu aeratorların sökülməsi və ya boru kəmərlərinin yenilənməsi yolu ilə sistemin təmiri planlaşdırılır. “Howoge” həmçinin təsirə məruz qalan kirayəçilərə kirayə haqqının ödənilməsini təmin etməyi öhdəsinə götürdü.

 





03.04.2025    çap et  çap et