Mənə zarafatla “Almaniya uzmanı” deyirlər.
5 ayrı iş yoldaşım ofisdə bu gün yanıma gəldi – “Məzuniyyətdə Almaniyaya getsək, hara məsləhətdir?”.
1-ci 35 yaşında bir bığıburmadır:
– Kimlə gedirsən?
– Nişanlımla
– Füssenə gedin, Noyşvanştayn qəsrini gəzin
2-ci iş yoldaşım 30 yaşlı subay bir qızdır:
– Kiminlə gedirsən?
– Bacımın 18 yaşlı oğlu ilə
– Heydelberqə get, universiteti gəzdir, oradan Ulma-Eynşteynin doğulduğu şəhərə
3-cü 40 yaşında qadındır:
– Kiminlə gedirsən?
– Ərimlə
– Hamburqa get, səhər 5-də balıq bazarına gedin, axşam operaya
4-cü 28 yaşlı imkanlı gənc bir qızdır:
– Kiminlə gedirsən?
– Rəfiqəmlə
– Ştutqarta get, şəhəri piyada gəzin, bir gün də shopping yapın Metsingen outlet-də
5-ci çox sevdiyim orta yaşlı bir kişidir:
– Kiminlə gedirsən?
– Əsgərlik yoldaşımla
– Oktyabrda Münhenə get, səhər “English Park”, axşam Oktoberfest
Səyahət yazılarımı oxuyurlar deməli.
Kefim kökəldi... Oxunmaq gözəldir...