Vaxt.Az

Yad nəfəsli terminlər


 

Dəyər yaradıcılığı ancaq doğma dilində düşünəndə alınır

Yad nəfəsli terminlər Elmin adı bizə yad olduğu kimi, içindəki anlayışların çoxu da yaddır: fizika, kimya, biologiya, riyaziyyat, həndəsə, coğrafiya, rəsm xətt, cəbr, fəlsəfə və sairə. Uşaqlar dərsləri oxuyur, amma sonacan qavramır, mənimsəyə bilmirlər. Müəllim izah edir, amma çətinlik çəkir. Səbəb? Elmi öz dilimizdə deyil, yad dillərin terminləri ilə öyrədirik.

Dünya bu problemi çoxdan həll edib. Yaponiya, Koreya, Estoniya, Finlandiya... Bu ölkələrdə elm ana dilində danışır. Terminləri ya tərcümə ediblər, ya da sıfırdan yaradıblar. Nəticə? Uşaqlar elmi anlayır, dərk edir, yaradır.

Biz isə hələ də yad nəfəsli, tərcümə olunmamış terminlərlə öyrədirik. Nəticə? Anlamayan, əzbərləyən, yarımçıq düşünən bir nəsil.

Unutmayaq: Bir xalqın sərvəti yeraltı və yerüstü qaynaqları deyil, insan kapitalıdır. İnsan kapitalı isə ancaq dərin bilikləri qavrama, gərəkli bacarıqları və sağlam alışqanlıqları öyrənməklə dəyərə çevrilir. Dünyanı qavramaq, dəyər yaradıcılığı isə ancaq doğma dilində düşünəndə alınır.

Bilik dünyasındakı anlayışları (terminləri) öz dilimizdə adlandıra bilmədikcə, öyrətmədikcə, öz elmi tapıntılarımızı, yeniliklərimizi və qabaqcıl işlərimizi görə bilməyəcək, biliklərimizi, təəssüf ki, dəyərə çevirə bilməyəcəyik.

Dilini itirən, düşüncəsini də, gələcəyini də itirər.

 





03.04.2025    çap et  çap et