Adı yeni hökumətdə xarici işlər naziri vəzifəsinə namizədlər arasında olan Laşet jurnalistlərə açıqlamalar verib.
“DW Turkish”nin verdiyi xəbərə görə, Şimali Reyn-Vestfaliya əyalətinin keçmiş baş naziri Laşet “Davamlılıq hər zaman Almaniyanın xarici siyasətinin əsasını təşkil edib. Xarici siyasət həm də çətin insanlarla həll yolu tapmaqdır”, – deyib.
Laşet açıqlamalarında İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra Türkiyədə baş verən hadisələrə də misallar verib. “Bələdiyyə sədrini qorumaq üçün güclü çıxış etmək çox asan olardı”, – deyən Laşet, bu münasibətin Avropa prinsiplərinə zidd olduğunu vurğulamaq lazım olduğunu bildirib.
Açıqlamasına davam edən Laşet “Ancaq Rusiya ilə Ukrayna arasında taxıl müqaviləsində və bir çox başqa vasitəçiliklərdə Türkiyəyə ehtiyac var. Miqrasiya siyasətinin tənzimlənməsində də, Suriyada sabitliyin təmin edilməsində Türkiyəyə ehtiyac var”, – deyib.
Laşet buna görə də vurğuladı ki, xarici siyasət diqqətlə qiymətləndirilməlidir.
Ankara ilə əlaqələrin əhəmiyyəti Laşet “Funke Media Qrupu”na bağlı qəzetlərə verdiyi açıqlamada da İmamoğlunun həbsi və vəzifəsindən uzaqlaşdırılmasına Ankara ilə münasibətləri pozmadan reaksiya verilməsi lazım olduğunu bildirib. İmamoğluna münasibətin “Avropa standartlarına uyğun olmadığını” diplomatik şəkildə söyləməyin lazım olduğunu ifadə edən Laşet Türkiyənin NATO-da və miqrasiya məsələsində lazım olduğunu ifadə edərək, “İllərdir Ankara ilə münasibətləri pozmadan İstanbul bələdiyyə sədrinin həbsi kimi açıq-aşkar pozuntulara qarşı mövqeyimizi ortaya qoymağın bir yolunu tapmalıyıq”, – deyib.