Vaxt.Az

“Düşən bıçağı tutmağa çalışmayın”


 

Məşhur səhmdardan birja xəbərdarlığı

“Düşən bıçağı tutmağa çalışmayın” Məşhur amerikalı investor Bill Qross birjada aşağı alış fürsəti güdən investorlara xəbərdarlıq edib. ABŞ fond bazarlarında son illərdə görünməmiş gündəlik enişin ardınca əfsanəvi investor Bill Qross “alın” refleksi nümayiş etdirən investorlara xəbərdarlıq edib.

“Pimco”nun qurucusu Qross həmin investorlara "kənarda qalmağı" tövsiyə edib: "İnvestorlar “düşən bıçağı tutmağa” çalışmamalıdırlar”.

UBS də ABŞ səhmləri üçün tövsiyə və proqnozunu aşağı salıb. Agentlik ABŞ səhmləri üzrə tövsiyəsini “cəlbedici”dən “neytral”a endirib və “S&P 500” üçün ilin sonu proqnozunu 6,400-dən 5,800-ə endirib.

UBS səhm üzrə orta mənfəət proqnozunu 265 dollardan 250 dollara endirib, həmçinin ilin sonuna qiymət/qazanc nisbətini 21,5x-dən 20x-ə endirdi.

 





04.04.2025    çap et  çap et