Özüm deyim, “Toyota” şirkəti “Toyota” ailəsinindir, indiki rəhbəri Akio Toyodadır. Onun da illik gəliri 3-4 milyon ola, ya olmaya. Sərvəti təxminən 500 milyondur, onu da özü qazanmayıb, babasından mirasdır.
Beləliklə avtomobil bahalı, satılan məhsul olsa da araşdırsanız görərsizniz ki, şirkətə gəliri qəpik quruşdur. Çin avtomobilləri qazanc o tərəfə, ziyana gedib, dövlət dəstəyi ilə ayaqda qalırlar. Alman şirkətləri 150-200 minə maşın satır, ondan 4-5 min xeyir götürəndə sevinirlər.
Amma böyük ölkələr nə zaman avto şirkətləri bankrota getsə, büdcədən milyardlar ayırıb, onları ayaqda saxlamağa çalışırlar. Bu gün Trampın da əsas davası budur. Trilyonlar qazanan sosial şəbəkələri qoyub, avtomobilin dalınca düşüb.
Səbəbi belədir ki, avtomobil istehsalı böyük şəbəkədir. İstehsal etmək üçün 30-dan çox materialdan istifadə edilir. Avtomobil millidirsə ölkənin mədənləri və metaləritmə zavodları işləməli polad, alüminium, titanium istehsal edilməlidir. Onlar sexlərə getməli detallar hazırlanmalıdır.
Kimya laboratoriyaları, fabriklər işləməlidir ki, plastiklər, filtirlər, kabellər və başqa rezin materiallar hazırlansın.
Şüşə sexləri, qatran-yapışqan fabrikləri qurulmalıdır. Dəri lazımdır fermalardan alınır, parça lazımdır tekstil fabriklərindən alınır. Bunu reklamı aparılmalıdır TV-lər, media şəbəkələri qazansın. Daşınması üçün nəqliyyat qazanır. Alıcılar o ölkəyə gəlir, otellər qazanır və sairə.
Yəni bir avtomobil şirkəti özündən başqa ölkənin 100-lərlə şirkətini, 10 milyonlarla insanını dolandırır. Dövlət ziyana getsə belə, avtomobilə verdiyi dəstəyi başqa sahələrdən qazandığı vergi və maaş alan xalqın əyləncə xərcləri ilə özünə qaytarır.
Azərbaycanda isə hansısa biznes sahəsini hesablayırlar, baxırlar xaricdən almaq daha ucuz gəlir, gedib alıb neftdən qazandığı valyutanı itirirlər. Qazanan bir nəfər distributor, monopolist, iş adamı olur.