Vaxt.Az
Dünya şahmatçıları Naxçıvanda
“Naxçıvan Open 2013” turniri başlayır
Aprelin 22-də Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Naxçıvan Open 2013” beynəlxalq şahmat festivalı start götürəcək. Azərbaycan Şahmat Federasiyasından Lent.az-a verilən məlumata görə, Naxçıvan şəhərində keçiriləcək festivala 15 ölkədən 253 şahmatçı qatılacaq.Onlardan 31-i qrossmeyster, 12-si beynəlxalq usta, 10-u FİDE ustasıdır. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq festival çərçivəsində 3 turnir (A, B ve C) keçiriləcək. Oyunlar hər gün saat 15:00-da başlanır.
Festivala mayın 1-də yekun vurulacaq.
22.04.2013 çap et