Almaniyada məhbus onu ziyarətə gələn arvadını həbsxanada öldürüb. Alman mediası Stendal Respublika Prokurorluğuna istinadən xəbər verir ki, 35 yaşlı qadın həbsxanada ərini ziyarət etdikdən sonra görüş otağında ölü tapılıb.
Bildirilib ki, arvadını öldürdüyü iddiası ilə məhbus barəsində prokurorluq araşdırmalara başlayıb.
Maqdeburq yaxınlığındakı Burq həbsxanasında olan 37 yaşlı kişi məhbusun arvadı ilə uzunmüddətli görüşlər üçün ayrılmış otaqda tək olduğu və daimi nəzarət olunmadığı bildirilir.
Şəxsi otaqlarda keçirilən görüşlər zamanı ümumiyyətlə səs və ya müşahidə nəzarətinin olmadığı paylaşılıb.
Ölən qadının cəsədinin tədqiqat üçün məhkəmə tibb ekspertizasına aparıldığı öyrənilib.
çap et