Əgər yağış yağmasa, “McLaren” pilotları isə iki və üç olsalar da, sabahkı yarış üçün yenə də favoritdirlər. Yağış olsa, Piastrini daha şanslı görürəm.
Corx Rassell isə məni çox məyus etdi. Ondan gözləntilərim çox idi, ancaq son cəhdində deyəsən ilk iki sektorda səhv etdi.
“Ferrari” isə artıq bəhanələrdən sıyrılmalıdır. Mövsümün əvvəlində bu maşın başqa maşındır, 2024 maşınından 1 saniyə sürətlidir pafosları çıxardılar. Komandada kollec havası var dedilər, amma neçə ildir kollecdən o tərədə gedə bilmirlər. Universitetə girə bilmədilər.
Oliver Berman bu sıralanma turunun ulduzudur.
Karlos Sayns isə bu dəfə nisbətən yaxşı sıralanma keçirmişdi, amma böyük ehtimalla 3 yer cəza alacaq.