Vaxt.Az

Heydelberqin ən yaxşı fakültələri


 

(Heydelberq qeydləri – 5)

Heydelberqin ən yaxşı fakültələri “Heydelberq universitetində hansı fakültələr daha yaxşıdır?”, –bəzi dostlarım yazıb, sual edirlər. Qısa cavab verməyə çalışım…

1386-da qurulmuş bir universitet.

Qədimdən də qədim bir ali məktəb.

Qurulduğu il Paris və Praqadan gəlmiş müəllimlərlə başlamış tədrisə.

Zamanla özünün yetişdirdiyi müəllimlər ordusunu yetişdirmiş, öz ənənələrini yaratmış, məzun olan tələbələri ilə Dünyaya ün salmış, 56 Nobel mükafatçısı yetişdirib…

Ancaq Heydelberq universitetinin də digər prestijli Qərb universitetləri kimi iddialı olduğu ixtisas və fakültələr var. On iki fakültədən hansı daha uğurludur? Məncə, ilkin cavabı tapmaq üçün Nobel mükafatçılarının keçmişinə baxmaqda fayda var.

İncələdiyimizdə görürük ki, Nobeli əsasən tibb (biologiya, neyrobiologiya) və kimya sahəsində alıblar. 

Həqiqətən də bu gün Heydelberq universiteti dünyada bir neçə güclü fakültəsi ilə tanınır:

– Tibb fakültəsi bunlardan biridir. Bu fakültə orta əsrlərdən mövcud olub və həm təhsildə, həm də universitetdə böyük xəstəxananın bazasında aparılan tədqiqatlarla yüksək nüfuzunu qoruyub saxlayır;

– Universitetin ikinci gücü humanitar elmlərdir. Heydelberq universitetinin almanşünaslıq, fəlsəfə və arxeologiya fakültələri dünyanın ən yaxşı 50 fakültəsi arasında yer tutur;

– Üçüncü güclü fakültə isə təbiət elmləri fakültəsidir, xüsusilə onun biologiya və astrofizika proqramı.

Əgər mənim bu kiçik qeydlərin hansısa bir övladımıza faydalı olar, ona yeni bir cığır açarsa çox mutlu olaram…

 





06.04.2025    çap et  çap et