“McLarenə” gəldikdə isə ingilis sevdası komandanı geriyə aparacaq. Piastri Hard təkərlərlə aşkar formada üstün idi, amma komanda onu buraxmadı. Buraxsalar, Piastri bəlkə yarışı qazanardı. Norris isə bu yarışda yarışmaqdan başqa hər şey etdi. Verstappeni şikayət etməsi əsl komediya idi.
Rassell nisbətən sürətli idi, amma Leklerin DRS-sinə (Drag Reduction System) gəlib keçə bilmədi. Pitlərdən sonra trafikdə itirib yarışı təmiz buraxdı. Amma “Mercedes”in tempi ümid verir.
Ümumilikdə darıxdırıcı yarış idi. Hətta bu mövsümün 3 yarışı arasında ən darıxdırıcı olanı idi. Gələn həftə Bəhreyn yarışı var və mövsüm üçün əsl meyar yarışı olacaq.