"Əvvəlki administrasiya Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına yalan danışdığı üçün bilinməyən bir çox yer var”, – deyə, Ağ Dəbilqəlilər kimi tanınan Suriya Mülki Müdafiə rəhbəri Raid Salih bildirib.
Amerika qəzetinə danışan ekspertlər bu silahların radikal təşkilatların əlinə keçəcəyindən narahat olduqlarını bildiriblər.
Ötən ay Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının Haaqadakı mənzil-qərargahına baş çəkərək, Əsəd rejiminin kimyəvi silah proqramından qalan hər şeyi beynəlxalq hüquqa uyğun olaraq məhv edəcəklərini açıqlamışdı.
Suriya 2013-cü ildə Dəməşq yaxınlığındakı Qutada yüzlərlə insanın ölümü ilə nəticələnən qırğından sonra kimyəvi silahlarından imtina etməyə razılaşıb. Bununla belə, Əsəd administrasiyası sonrakı illərdə də analoji hadisələrdə ittiham olunurdu.
HTŞ-nin rəhbərlik etdiyi təşkilatların idarəçiliyini ələ keçirən İsrail oradakı kimyəvi silahların özü üçün təhlükə yaratdığını iddia edərək, Suriyadakı obyektlərə hücum edib. Digər tərəfdən, Tel-Əvivin hədəf aldığı yerlərdə əslində kimyəvi silahların olub-olmadığı məlum deyil.