Ancaq hər şeydən əvvəl “Nə üçün Heydelberq?” sualına cavab verim…
Bu universitet də Dünyanın digər ali məktəbləri kimi tələbələrə məzun olduqlarında diplom verir. Lakin Heydelberq bəzi universitetlərdən fərqli olaraq diplomla bərabər həm da savad verir, bilik verir, tələbələrində araşdırma aparma alışqanlığı yaradır, tədqiqat sevgisi aşılayır… Heydelberq öz tələbəsini Elmlə yoğurub atır həyatın içinə ki, di get bizim bilmədiklərimizi tədqiq elə, araşdır, get yaşa və Həyatdan zövq al…
Təbii ki, dünyada Heydelberq kimi onlarla universitet var, amma onların sayı çox deyil.
Beləliklə,
Almaniyada məktəb təhsili 13 ildir.
Bu səbəbdən də alman universitetinə qəbul tələbləri bir qədər fərqlidir.
Azərbaycanlı uşaqlar üçün iki yol var:
ya bizim universitetlərdə 2 il təhsil almaq;
ya da orta məktəbi bitirib universitetdən əvvəl Almaniyanın “Studienkolleg” gimnaziyasında bir il təhsil almaq.
Magistraturaya isə bizim bəzi universitetlərdən bakalavr dərəcəsi almış tələbələr müraciət edə bilərlər.
Heydelberq universitetinə və ya “Studienkolleg”ə qəbul olmaq üçün filologiya fakültələri üçün ən azı C2, digərləri üçün isə C1 səviyyəsində alman dili biliyi imtahanından DSH vermək lazımdır.
Heydelberq universitetində ingilis dilində bir neçə magistr proqramı var.
Qəbul olmaq üçün ən azı 6.5 balı olan IELTS sertifikatına və ya ən azı 85 TOEFL balı olmalıdır.
Sənədlər paketi ilə yanaşı Almaniyada yaşamaq üçün vəsaitin mövcudluğunu təsdiq edən maliyyə ödəmə qabiliyyəti sertifikatı tələb olunur.