Vaxt.Az

Meksikada “H5N1” həyəcanı


 

İlk dəfə insanda tapıldı

Meksikada “H5N1” həyəcanı Meksikada ilk dəfə olaraq insanda quş qripi (“H5N1”) aşkarlanıb. Rəsmilər, virusun insandan insana ötürüldüyünə dair heç bir sübut olmadığını deyib.

Meksika Səhiyyə Nazirliyi ölkədə ilk dəfə olaraq H5N1 quş qripi ştammının insanda tapıldığını açıqlayıb. Nazirlik bildirib ki, Duranqo ştatının şimalında 3 yaşlı qız uşağında quş qripi olduğu təsdiqlənib. Aprelin 1-də köçürüldüyü Torreon şəhərindəki xəstəxanada qızın “H5N1” virusu üçün testi müsbət çıxıb.

Meksika rəsmiləri H5N1-in insandan insana keçməsi ilə bağlı hələ heç bir sübut olmadığını bildiriblər. Səlahiyyətlilər xəstə və ya ölü ev quşları və ya vəhşi heyvanlarla təmasdan sonra öskürək, nəfəs almaqda çətinlik, baş ağrısı, qusma və gözlərin qızarması kimi şübhəli simptomlarla qarşılaşsan şəxslərə həkimə müraciət etməyi tövsiyə edir.

 





06.04.2025    çap et  çap et