Vaxt.Az

Sərkisyana çömçə zərbəsi


 

Kulinariya sərgisində erməni prezidenti ilə, aşpazları gülünc vəziyyətə düşüblər

Sərkisyana çömçə zərbəsi Azərbaycan Milli Kulinariya Mərkəzi bu günlərdə Türkmənistanda keçirilən sərgidən qayıdıb. Mərkəzin baş direktoru Tahir Əmiraslanov sərgi haqqında təəssüratlarını media ilə bölüşüb. Direktorun sözlərinə görə sərgi çox maraqlı keçib. Aşpazlarımız Aşqabadda sərgiyə qatılanlara Azərbaycan mətbəxinin özünəməxsusluğu, ləziz təamları haqqında ətraflı məlumat veriblər.

Tahir Əmiraslanov əməkdaşımızla söhbətində sərgi zamanı iki ilginc hadisə haqda məlumat verib. Birinci hadisə erməni təmsilçi Qriqoriy Antonyanla bağlı olub. Belə ki, Antonyan dolma və lavaşı misal çəkərək erməni mətbəxinin qədimiliyindən söhbət açmaq istəyərkən ətrafı qəhqəhə və gülüş səsləri bürüyüb. Bütün bunlardan pərt olan erməni aşpaz sözünü fikrini bitirə bilməyib.

İkinci hadisə isə sərgi keçirilən ərəfədə Türkmənistanda rəsmi səfərdə olan Serj Sərkisyanla bağlı olub. Türkmənistan həmkarı Qurbanqulu Berdiməhəmmədovla sərgiyə gələn Sərkisyana aşpazlarımızdan unikal bir kitab hədiyyə olunub. Bu kitabda nəinki Azərbaycan mətbəxinin incilərindən söhbət açılır, həmçinin erməni kulinar Xotranovun yazdığı «Erməni mətbəxi» kitabına yazılmış cavab yazısı və bundan başqa Qarabağ mətbəxi haqqında məqalələr də yer alıb.

Ən maraqlı məqamlardan biri isə kitabın erməni prezidentinə çatdırılması zamanı baş verib. Tahir Əmiraslanovun sözlərinə görə Qurbanqulu Berdiməhəmmədov sərgiyə qatılanda ilk olaraq Azərbaycan təmsilçiləri ilə görüşüb: «Türkmənistan prezidenti bizimlə çox səmimi görüşdü. Biz ondan iki əvvəl rəy yazdığımız «Türkmən dəftərxanası» kitabına avtoqraf verməsini xahiş etdik. Daha sonra ingilis dilində çapdan çıxan «Azərbaycan Kulinariyası» kitabının iki nüsxəsini Türkmənistan prezidentinə təqdim edərək kitabların onlar üçün nəzərdə tutulduğunu bildirdik. Berdiməhəmmədov gülərək kitabları götürdü və bir nüsxəsinin Sərkisyana təqdim etdi».

 





18.04.2014    çap et  çap et