Tariflər elan edildikdən sonra cəmi iki gün ərzində ABŞ-ın bəzi ən dəyərli şirkətlərindən 5 trilyon dollardan çox bazar dəyəri silindi. Qlobal birjalardakı kəskin enişlərdən sonra bank ABŞ üçün artım proqnozlarına tamamilə yenidən baxıb.
“JP Morgan” ABŞ-ın 2025-ci il üçün artım proqnozunu 1,6 faiz bəndi azaldıb, işsizliyin əhəmiyyətli dərəcədə arta biləcəyini və təxminən 2 milyon amerikalının işini itirə biləcəyini proqnozlaşdırdı.
“JP Morgan”ın ABŞ üzrə baş iqtisadçısı Maykl Feroli, “İndi biz real ÜDM-in tariflərin ağırlığı altında daralacağını gözləyirik. Biz tam illik real artım proqnozumuzu 1,3 faizdən -0,3 faizə endirdik”, – deyib.