Vaxt.Az

Təcili yardım helikopteri dənizə düşüb


 

3 nəfər ölüb

Təcili yardım helikopteri dənizə düşüb Yaponiyada 6 nəfərin olduğu təcili yardım helikopterinin dənizə düşdüyü bildirilir. Yaponiya Sahil Mühafizəsindən əldə edilən məlumata görə, təcili yardım helikopteri Naqasaki vilayətinin Tsuşima adasından Fukuoka vilayətindəki xəstəxana istiqamətində havalanıb. Qalxdıqdan təxminən 10 dəqiqə sonra saat 13:43 radələrində helikopterlə əlaqə kəsilib.

Bundan sonra naviqasiya marşrutu boyunca axtarışlara başlanılıb və helikopter dəniz səthində tərs vəziyyətdə aşkar edilib. Helikopterdə olan 6 nəfərdən 3-nün sağ-salamat xilas edildiyi açıqlanıb. Bildirilib ki, 86 yaşlı qadın xəstə, 68 yaşlı oğlu və onu müşayiət edən 34 yaşlı kişi həkim hadisə yerində dünyasını dəyişib. Dənizdə helikopterə ciddi ziyan dəymədiyi üçün pilotun qəzadan əvvəl təcili eniş etməyə cəhd etdiyi düşünülüb və hadisə ilə bağlı ətraflı araşdırma başlanıb.

 





07.04.2025    çap et  çap et