Vaxt.Az

9.75 santimetr


 

Dünyanın ən uzun dilli qadını

9.75 santimetr Bizim təbirimizdə dili uzunluq – yersiz danışan, hər kəsə cavab qaytaran bir növ tərbiyəsizlik kimi başa düşülür. Bu xəbərimizdə isə həqiqətən dil uzun olan birindən bəhs olunur.

34 yaşlı Kaliforniyalı Şanel Tapper dişlərini göstərməkdənsə, nəhəng dili ilə insanları təəccübləndirməyə üstünlük verir. Tapper dilinin uzunluğu ilə ətrafındakılarda qorxu yaratmaqdan böyük zövq alır.

Chanel Tapperin dilinin uzunluğu tam olaraq 9,75 santimetrdir. Bu, orta qadın dilindən təxminən 2 santimetr uzundur. Kişilərdə orta dil uzunluğu 8,5 santimetr olduğu halda, qadınlarda bu ölçü adətən 7,5 santimetr civarında olur. Tapper 2010-cu ildən bəri "dünyanın ən uzun qadın dili" rekorduna sahibdir. “Kimsə mənim dilimi görəndə ən yaxşı reaksiya qışqırmaqdır! İnsanların qışqırmasını, şoka düşməsini və ya dəhşətə gəlməsini sevirəm”, – deyib.

Chanel yalnız dilini danışmaq və dadmaq üçün istifadə etmir. “Ginnesin Rekordlar Kitabı” üçün bir kaskadyorda o, dili ilə Jenga bloklarını (konstruktorlu oyuncaq) yerindən çıxarıb, içi doluq plastik stəkanları aşırıb, burnuna toxunub və s.. “Mən kiçik, gülməli, axmaq şeyləri xoşlayıram. Dilimlə qeyri-adi hərəkətlər edə bilmək mənim ən çox həzz aldığım şeydir”, - o əlavə edir.

“Ginnesin Rekordlar Kitabı” sayəsində bir çox ölkəyə səfər etmək imkanı qazanan Tapper, digər rekordçularla görüşməkdən həzz aldığını deyir: “Bu, həqiqətən də əyləncəlidir və mən əvvəllər görmədiyim yerlərə gedirəm”.

Keçən il o, “Diesel” moda evinin kampaniyasında da iştirak edib. “Uğurlu yaşamağa xoş gəldiniz” şüarı  layihə çərçivəsində keçirilən kampaniyada Tapper dilini mavi və yaşıl rənglərə boyadıb.

 





07.04.2025    çap et  çap et