Vaxt.Az

Almaniyada meşə yanğını təhlükəsi


 

Xəbərdarlıq səviyyəsi 4-ə yüksəlib

Almaniyada meşə yanğını təhlükəsi Həftə sonu Almaniyada gəzintiyə çıxmağı planlaşdıranlara xəbərdarlıq edilib. Meşə yanğını təhlükəsinin ikinci ən yüksək səviyyəsi ölkə daxilində bir çox meşəlik ərazilərdə qüvvədədir. Artıq ilk yanğınlar başlayıb.

Şimali Reyn-Vestfaliya əyalətinin Overat qəsəbəsində bir neçə min kvadratmetr meşə sahəsi alovlara qərq olub. Yanğın o qədər böyük olub ki, “Bergisches Land” bölgəsindəki həmkarlarına dəstək olmaq üçün Kölndən yanğınsöndürənlər göndərilib. Sauerland bölgəsindəki Maynerzhagendə 6 min kvadratmetr sahə külə dönüb. Yanğının daha da genişlənməsinin qarşısını almaq üçün yanğınsöndürənlər və meşəçilər ağacların arasında dəhlizlər açıblar.

Banfe və Feudingen arasında baş verən yanğın, təxminən 40.000 kvadratmetr ərazini əhatə edib. Nəzarətdən çıxan alovla mübarizə şənbə günü səhərə qədər davam edib. Hessenin Haynburq şəhərində yanğınsöndürənlər eyni gündə iki meşə yanğınına müdaxilə ediblər. Birinci hadisə saat yerli vaxtla 2500 kvadratmetr sahədə, daha kiçik yanğın axşam saatlarında baş verib.

Şənbə günü gecə Lüneburq meşəsində 27 yaşlı sərxoş sürücü avtomobilini qeyri-sabit meşə yolunda qəzaya uğrayıb. Polis quru otların avtomobilin istiliyindən alışdığını bildirib. Yanğınsöndürmə bölməsi təxminən 2000 kvadratmetr ərazini söndürməli olub.

Taunusun Eş (Esch) rayonunda baş verən meşə yanğını səbəbindən Bundesstrabe avtomobil yolu nəqliyyata bağlanıb. Yeddi müxtəlif yaşayış məntəqəsindən könüllü yanğınsöndürənlər yanğını nəzarət altına almaq üçün əraziyə yollanıb. Xüsusilə həftə sonları çoxlu ziyarətçiləri cəlb edən Böyük Feldberq dağı ətrafında təhlükə səviyyəsi 3 ilə 4 (qırmızı) arasında ölçülür.

Almaniya Meteorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə Baden-Vürtemberq, Bavariya, Berlin, Brandenburq, Meklenburq-Ən Pomeraniya, Aşağı Saksoniya, Reynland-Pfalts, Saarland və Saksoniya-Anhalt əyalətlərinin bəzi ərazilərində də 4-cü dərəcəli yanğın riski tətbiq olunacaq. Meteoroloqların məlumatına görə, aprelin 12 və ya 13-də yağış yağacağı ehtimalı var. Quru hava şəraiti təkcə heyvanlar aləminə, gəzintiyə çıxanlara və iqtisadiyyata deyil, magistral yollarda sürücülər üçün də təhlükə yaradır. Limburq-Vaylburq əyalətinin Oberbreçen bölgəsindəki avtomagistralında ot yanması nəticəsində sıx tüstü sürücülərin görmə qabiliyyətini məhdudlaşdırıb və qəzalara səbəb olub.

 





07.04.2025    çap et  çap et