Müvafiq məktəblər bazar günü axşam öz internet saytlarında bu gün məktəblərin bağlı qalacağını, əvəzində bir günlük distant təhsil veriləcəyini açıqlayıb.
Gimnaziya adlanan şəhər orta məktəbləri bu gün bağlanmır. Bu liseylərdən birinin rəhbərliyi tərəfindən bazar günü valideynlərə göndərilən elektron məktubda təhdidlərin liseylərə yönəlmədiyi deyilir: “Hörmətli valideynlər, övladlarınızın sabah evdə qalıb-qalmayacağına siz qərar verin”, liseyin göndərdiyi məktubda vurğulanıb.
İçərisində “həddindən artıq sağçı təhdidlər” olan məktublardan sonra şəhərdə təşviş hökm sürür. Duysburq polisi cümə günü ümumi təhsil və peşə təhsili verən məktəbin rəhbərliyinə təhdid məktubu göndərildiyini və bazar ertəsi hərəkətə keçdiyini açıqlanıb.
Polis rəsmiləri qeyd edib ki, ikinci məktubun bazar günü məktəb rəhbərliyinə çatması və bu məktubda Duysburqdakı 13 başqa məktəbə qarşı təhdidlər də var.
Təhlükəsizlik mənbələri təhdid məktublarında “həddindən artıq sağçı ifadələrin” olduğu barədə məlumat paylaşıblar.
Təhlükəsizlik orqanları, təhdidlərin ciddi olduğuna inanmadıqlarına baxmayaraq, riskləri minimuma endirmək üçün bazar ertəsi məktəblərin bağlı qalması barədə qərar qəbul edildiyini, bütün məktəblərdə təhlükəsizlik tədbirlərinin artırıldığını və məktəblərdə polisin olacağını bildirib.
Duysburq prokurorluğu təhdid məktublarını kimin yazdığı ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.