Vaxt.Az

1 saatda 10 faiz itki


 

Tramp tarifləri Almaniyanın birja bazarına ağır zərbə vurub

1 saatda 10 faiz itki ABŞ prezidenti Trampın qlobal tarifləri və Çinin cavab addımından sonra Almaniya birjası həftəyə 10 faiz itki ilə başlayıb. Oxşar enişlərin müşahidə olunduğu Asiya bazarlarında eyni vəziyyət baş verib.

Almaniyanın ən əhəmiyyətli fond indeksi olan “DAX”, Donald Trampın tətbiq etdiyi qlobal vergilərin təsiri ilə həftəni itki ilə açıb.

Trampın açıqladığı vergilər xüsusilə iqtisadiyyatı ixraca əsaslanan Almaniyaya mənfi təsir göstərir. İnvestorların həftə sonu qüvvəyə minən vergi təcrübələrinə reaksiyası nəticəsində “DAX indeksi” 18,489 punkta düşüb.

Almaniyanın 40 aparıcı şirkətinin Frankfurt Birjasındakı performansını ölçən və son aylarda dəfələrlə rekord artımlar qeydə alan “DAX”, cümə gününü 4,95 faiz azalma ilə 20,642 bəndlə bağlamışdı.

Trampın başlatdığı vergi müharibəsi Asiya bazarlarını da silkələyib. Yaponiya fond bazarı 8 faiz dəyər itirdiyi halda, Tayvan birjası 9,7 faiz ucuzlaşıb. Honq-Konqun fond bazarı dəyərinin 13 faizini itirərək, son 30 ilin ən böyük itkisini yaşadı.

Keçən həftə Tramp, illərdir "qoparıldığını" iddia etdiyi ABŞ-ın idxal etdiyi ölkələrə tarifləri 10% ilə 50% arasında artırmaq qərarına gəldi. Tramp Avropa Birliyindən gələn məhsullara 20 faiz, Azərbaycan və Türkiyəyə 10 faiz, Çin məhsullarına isə 34 faiz əlavə gömrük rüsumları tətbiq edib.

Bu qərardan sonra ABŞ prezidenti yeni tariflərdən təsirlənən ölkələrin bu mövzuda Vaşinqtonla razılaşmaq üçün sıraya girdiyini iddia edib.

Bununla belə, Trampın bu addımına cavab olaraq Çin hökuməti Asiya bazarlarının cümə günü bağlanmasından sonra aprelin 10-dan etibarən bütün ABŞ məhsullarına əlavə 34 faiz rüsum tətbiq etdiyini açıqladı. Çin həmçinin kompüter çipləri və elektrik avtomobil akkumulyatorlarının istehsalında istifadə edilən yeddi nadir torpaq elementinə daha sərt ticarət nəzarəti elan edib.

***

Trampın iqtisadi böhrana görə qərarlarına yenidən baxa biləcəyi ümidləri ABŞ prezidentinin dünənki açıqlaması ilə puç oldu. Ölkəsinin əleyhinə olduğunu söylədiyi ticarət kəsirləri aradan qaldırılmadıqca başqa ölkələrlə heç bir sövdələşmə etməyəcəyini deyən Tramp, “Bəzən hər şeyi düzəltmək üçün dərman qəbul etməlisən” dedi.

Trampın ötən çərşənbə günü elan etdiyi tariflər o vaxtdan bəri qlobal bazarlarda ciddi nəticələrə səbəb olub. Trampın vergi qərarları investorların bu hərəkətin iqtisadi təsirindən və mümkün qeyri-sabitliyindən narahat olduqları üçün səhmlərini satmalarına səbəb olur.

 





07.04.2025    çap et  çap et