ABŞ-ın keçmiş maliyyə naziri Larri Sammers, İkinci Dünya müharibəsindən sonra 1987-ci ildəki bazar çöküşü, 2008-ci il maliyyə böhranı və COVİD pandemiyasından sonra keçən həftə yaşanan dördüncü ən böyük iki günlük itkilərə diqqət çəkərək, ““Bu böyüklükdə azalma gələcəkdə problemlərin ola biləcəyini və insanların çox diqqətli olması lazım olduğunu göstərir”, – deyib.
“Prezidentin bazar ertəsi fasilə vermək və ədalətsiz tarif sistemini düzəltmək üçün vaxt qazanmaq imkanı var. Alternativ olaraq, biz özümüz üçün iqtisadi nüvə qışına doğru gedirik”, – “Pershing Square“in təsisçisi Bill Ackman “X” hesabında yazıb.