Vaxt.Az

İT nəhəngi şirkətini bağlayır


 

Tariflər dolandı və ABŞ-ı vurdu

İT nəhəngi şirkətini bağlayır “Microsoft”un Çindəki birgə müəssisəsi “Wicresoft” fəaliyyətini dayandırmaq qərarına gəldi. Təxminən 2000 işçinin ixtisar ediləcəyi addım ABŞ-Çin gərginliyi və Trampın tariflərindən sonra atılıb. “Microsoft”un Çində istifadəçi dəstəyi məsələsi hələ də qeyri-müəyyən olaraq qalır.

Çin media orqanı Caijing tərəfindən yayılan xəbərə görə, “Microsoft”un Çindəki müştərək müəssisəsi “Wicresoft”, çərşənbə axşamından etibarən ölkədəki fəaliyyətini dayandıracaq və bütün işçilərini işdən çıxaracaq. Bu qərar Tramp tarifləri ilə bağlı Asiya bazarında baş verən təlatümdən sonra verilib.

Şirkət fəaliyyətini dayandırdığı üçün təxminən 2000 işçi ixtisar olunacaq. Bildirilir ki, bu addım Microsoft-un “Wicresoft” vasitəsilə Çində satış sonrası dəstək xidmətlərinin göstərilməsini dayandırmaq qərarı ilə bağlıdır.

Sözügedən komanda ölkədə “Microsoft”un xarici texniki dəstək şəbəkəsinin əsas hissəsini təşkil edirdi.

“Caijing”, işdən çıxarılmaların əsasən bu komandanı əhatə edəcəyini bildirdi. “Microsoft”un Çindəki digər əməliyyatları ilə bağlı dəqiq məlumat paylaşılmayıb.

“Wicresoft”un bağlanması “Microsoft”un Çində Windows və Office istifadəçilərinə necə xidmət göstərəcəyi ilə bağlı suallar doğurur. “Windows” və “Microsoft Office” Çində ən çox istifadə edilən proqramlardır.

“Microsoft” ABŞ və Çin arasında artan siyasi və ticarət gərginliyi səbəbindən son illərdə Çin bazarında iştirakını azaldır.

Şirkət 2002-ci ildə Çində ilk birgə müəssisə kimi “Wicresoft”u qurdu. Veb saytına görə, “Wicresoft” ABŞ, Avropa və Yaponiyada da fəaliyyət göstərir və 10 000-dən çox işçisi var.

Microsoft həmçinin bu ilin əvvəlində Şanxayda süni intellekt tədqiqatlarına yönəlmiş laboratoriyasını bağladı.

Çin sosial media platformalarında yayılan ekran görüntüsü “Microsoft”un Çindəki əməliyyatlarını bağladığını göstərir.

“Microsoft” sözçüsü “Reuters”ə bildirib ki, bu iddia həqiqətə uyğun deyil. “Caijing” isə sözügedən məlumatın “Wicresoft”a aid olduğunu bildirib.

 





07.04.2025    çap et  çap et