Almaniyanın ən böyük gənc istedadlarından sayılan qadın futbolçu ilk dəfə formasında soyadı olmadan dünən Şotlandiya ilə milli komandanın matçına çıxıb.
Alara Şehitlerinin soyadı sosial mediada ifrat sağçı qruplar tərəfindən tez-tez siyasi material kimi nifrət nitqi və təxribat xarakterli ifadələrlə Milli Sosializm və Hitlerlə bağlı təbliğatda istifadə edilib. Milli futbolçu soyadının ilk iki hərfinin “Şehitler”in ört-basdır edilməsindən, “Hitler” hissəsinin görünməsindən, bununla da təbliğat vasitəsinə çevrilməsindən xüsusilə narahat olub.
Bayern Münhen klubunun yarımmüdafiəçisi formasındakı ad dəyişikliyinin öz istəyi olduğunu açıqlayıb. “Mən məsələni qaldırdım və klub rəsmisi UEFA (Avropa Futbol Assosiasiyaları İttifaqı) və DFB (Almaniya Futbol Federasiyası) ilə vəziyyəti tez bir zamanda aydınlaşdırdı”, – 18 yaşlı futbolçu ZDF kanalına deyib.
Onun oynadığı DFB və “Bayern Munich” futbol komandası bildirib ki, gənc oyunçunun bu ilin əvvəlindən matçlarda yalnız adından istifadə edib.
DFB sözçüsü UEFA reqlamentinin Alaranın soyadının bildirilməsini tələb etmədiyini qeyd edərək, əlavə edib ki, futbolçunun formasının üzərindəki ad oyunçunun ad siyahısındakı adla eyni olmalıdır.
Sözçü, FC Bayern Munich klubunun Almaniyada keçiriləcək DFB yarışlarında futbolçunun adının formasında olması üçün federasiyaya müraciət etdiyini və bunun DFB tərəfindən müsbət qarşılandığını bildirdi.
Millidə ikinci oyunu Alara Şehitlerin anası alman, atası isə türkdür.
Veynqartendə doğulan futbolçu millidə 17 nömrəli forma ilə çıxış edir. Dünən Almaniyanın səfərdə 4-0 qalib gəldiyi və Alara Şehitlerin 76-cı dəqiqədə oyuna daxil olduğu UEFA Qadınlar Millətlər Liqası matçı, FC Bayern Munich oyunçusunun Almaniya Milli Komandasının forması ilə meydana çıxdığı ikinci matç olub. Gənc futbolçu ötən ilin noyabrında İsveçrə ilə oyunda arxasına “Şehitler” yazılmış forma geyinmişdi.
Bavariya Futbol Assosiasiyasının Zorakılıq və Ayrı-seçkiliklə Mübarizə Departamentindən Frank Şveytserhof Alara Şehitlerin soyadı altında oynamaq qərarını “anlaşılan və cəsarətli” qərar kimi qiymətləndirib. Şveytserhof, Alara soyadının Şehitler tərəfindən ifrat sağçı dairələr tərəfindən öz məqsədləri üçün sui-istifadə edilə biləcəyini xatırladaraq, oyunuçunun onlara siu-istifadə elementi verməmə qərarının təəssüf doğuran, lakin zəruri olduğunu vurğulayaraq, eyni zamanda bunu anlaşılan və cəsur addım adlandırıb.
2022-ci ildə U17 Qadın Futbol üzrə Avropa Çempionu olan Almaniya Milli Komandasında da çıxış edən Alara Şehitler, son illərdə Almaniyada kəşf edilən ən böyük istedadlardan biri olaraq xarakterizə edilir.